Hörmətli əməkdaş anketi göndərməmişdən öncə müqavilə ilə diqqətlə tanış olmağınız xahiş olunur.Sizinlə birgə çalışmaq bizim üçün çox xoşdur.Ümid edirik sizinlə iş birliyimiz uzun ömürlü və etibarlı olacaq.Buyurub müqavilə ilə tanış ola bilərsiniz. 1. Agentliyin xidmət haqqı ümumi məbləğin 20%-ni təşkil edir. ( 100$ x 20% = 20$ ) 2. Sosial profillərinizin veb saytımızda yerləşdirilməsi qadağandır. 3. Hər əlavə olunan sifariş saatına müştərilər tərəfdən ümumi məbləğin 40%-i əlavə olunur. Nəzərinizə çatdırmaq istərdik ki,biz Azərbaycanda sizin şəxsi meneceriniz kimi fəaliyyət göstərəcəyik.Müştərilərlə artistlərin bir başa əlaqəsi hər bir halda qeyri peşəkarlıq kimi qəbul olunur və bu əməkdaşlıq anlamından kənara çıxır.Əgər siz tərəfdən bir başa müştəri ilə razılaşma olarsa təəssüfki iş birliyimizin ömrü çox qısa olacaq. İşinizdə sizə müvəffəqiyyətlər arzu edirik!